Heydər Məmmədov Qəbələ Rayon Prokurorluğunun inzibati binasının açılışından danışıb

Siyasət


“Qəbələ Rayon Prokurorluğunun inzibati binasının açılışı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna qayğısı ilə ərsəyə gəlib”.

Oxu.Az xəbər verir ki, bunu Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov Qəbələdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, belə tədbirlərin keçirilməsi bundan sonra da davam edəcək.

“Qəbələ Rayon Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar bir dövrə – müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə, eyni zamanda 15 iyun – Milli Qurtuluş Günü ərəfəsinə təsadüf edir”.

Binanın texniki xarakteristikası ilə bağlı Baş prokurorun müavini bildirib ki, 2 mərtəbəli yeni inzibati bina müasir arxitektura stilistikasında inşa edilib. Ən müasir texnika və informasiya kommunikasiya sistemləri ilə təchiz olunub.

Belə ki, prokurorluğun bütün fəaliyyət istiqamətlərini bir vahid elektron platformada birləşdirən “Elektron Prokurorluq” İnformasiya Sisteminin quraşdırılması təmin edilib, bunun üçün bina ən müasir rəqəmsal avadanlıqlar, kommunikasiya sistemləri, ip telefoniya qurğuları və digər texniki cihazlarla təchiz olunub.  Eyni zamanda  vətəndaşların məmnunluğunun təmin olunması istiqamətində, xüsusən də qəbul və elektron müraciətlər üçün bütün imkanlar yaradılmışdır. Bundan əlavə əməkdaşların səmərəli fəaliyyəti üçün konfrans zalı, elektron kitabxana, kriminalistik avadanlıqlarla təmin olunmuş kriminalistika otağı, istintaq hərəkətlərinin aparılması üçün “vizual tanıma istintaq otağı” və digər guşələr, hətta idman zalı da istifadəyə verilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir