Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə görüşüb.
Oxu.Az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə görüşündə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib. Belə ki, bu ilin aprelində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri çərçivəsində keçirilmiş görüşlər, imzalanmış sənədlər əməkdaşlığımızın genişləndirilməsinə təkan verib.
Görüşdə Azərbaycanın uzunmüddətli strateji təşəbbüslərindən bəhs edilib, regional və qlobal enerji layihələri, habelə reallaşdırılan investisiya layihələri barədə məlumat verilib, iki ölkə arasında potensial əməkdaşlıq imkanları, o cümlədən Azərbaycan ilə Tacikistan arasında alüminium sənayesinin inkişafı, sənaye parklarının yaradılması və fəaliyyətinin dəstəklənməsi ilə bağlı Tacikistanın müvafiq qurumlarına metodoloji və praktiki dəstəyin göstərilməsi istiqamətində əməkdaşlıq nəzərdən keçirilib.
Tərəflər nəqliyyat-kommunikasiya sahəsində Azərbaycanın və Tacikistanın da maraqlı olduğu Orta dəhliz təşəbbüsünün regional əməkdaşlığımızın inkişafında xüsusi rol oynayacağına əminlik ifadə ediblər.
Şerali Kabir ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Nazir bildirib ki, ölkəsi sənaye parklarının yaradılmasında Azərbaycanın təcrübəsindən istifadə etməkdə maraqlıdır.
Səfər çərçivəsində Tacikistan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olublar. Qonaqlara ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq reallaşdırılan sənaye parkları, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, müasir infrastruktur, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verilib.
15:25
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə görüşüb.
O, bu barədə özünün şəxsi “Twitter” səhifəsində paylaşım edib.
“Biz sənaye parklarının yaradılmasında ölkəmizin təcrübəsindən istifadə edərək, o cümlədən logistika və alüminium sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı iki ölkə arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətini müzakirə etdik”, – deyə nazir bildirib.
Tacikistanın sənaye və yeni texnologiyalar naziri (@IndustryTj) Şerali Kabir ilə iki ölkə arasında #iqtisadi münasibətlərin mövcud vəziyyəti, sənaye parklarının yaradılmasında Azərbaycanın təcrübəsindən istifadə, #alüminium sənayesi və #logistika sahəsində əməkdaşlığın… pic.twitter.com/iRXkew5bbC
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 14, 2023
www.RIA24.az