“Azərbaycan dünyanın ciddi şəkildə narahatlığına səbəb olan qaçqın probleminin həllinə böyük töhfə verib”

Siyasət


“Azərbaycan dünyanın ciddi şəkildə narahatlığına səbəb olan qaçqın probleminin həllinə böyük töhfə verib”.

“Report” xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT DİM dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, işğal altındakı torpaqlarımızı azad etməklə bir milyondan çox insanın siyasi qaçqın statusu aradan qaldırılıb:

“Bununla yanaşı münaqişə digər ciddi bir problemin ortaya çıxması ilə müşayiət olundu. Bu, işğalçılar tərəfindən ərazilərimizin darmadağın edilməsi və xarabazarlığa çevrilməsidir. Əgər erməni işğalçıları Azərbaycana vurduqları mənəvi və maddi ziyanları nə zamansa ödəməli olduqlarını bilsəydilər, işğal etdikləri Azərbaycan şəhərləri, rayonları və kəndlərini viran vəziyyətə qoymazdılar və bunun məsuliyyətini hiss edərdilər. Beləliklə, qlobal layihələrin həyata keçirilməsi üçün mexanizmlərin yaradılmasına çox ciddi ehtiyac var. Sadəcə çağırışlarla, proqram qəbul etməklə dünyanın transformasiyasının dəyişdirilməsinin qarşısının alınmasının çətin olduğu qənaətindəyik”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir