“Təbiət hadisələri nəticəsində fermerlərin əkin sahələrinə dəymiş zərər bu gün sığorta fondunun ekspertləri tərəfindən qiymətləndirilir”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
O bildirib ki, sığorta olunmuş bütün fermerlərə ödənişlər həyata keçiriləcək;
“Təbiətin şıltaqlığı bizə sığortanın nə qədər önəmli olduğunu göstərir. Bütün fermer və iş adamlarını aqrar sığortaya qoşulmağa və ya sahələrini könüllü sığorta etdirməyə dəvət edirəm”.
İlhamə Əbülfət
www.RIA24.az