“Çox kədərli, ağrılı günlər idi Laçını tərk etdiyimiz günlər, bu illərdə Laçınsız üzümüz gülmədi, könlümüz açılmadı”.
Bu sözləri Oxu.Az-a bu gün Laçın şəhərinə köç edən Şəfəq Verdiyeva deyib.
O qeyd edib ki, bu gün hamımız üçün qürurlu gündür:
“Bu gün bizim üçün, Laçına köç edən ailələr üçün əlamətdar gündür. Uşaqlığımızın keçdiyi o kəndləri, o yolları, o küçələri artıq biz qarış-qarış gəzəcəyik. Hamımız üçün qürurlu gündür.
Bu gün Qarabağımız, Laçınımız, torpaqlarımız, yollarımız, küçələrimiz azaddır. Biz körpəliyimizin keçdiyi o yerləri gəzib, havasını udacağıq. Bizə bu günləri bəxş edən Prezidentimizə, müzəffər ordumuza təşəkkürümüzü bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyirik”.
Aytac Qasımova
www.RIA24.az