“Ermənistanın Qarabağın təbiətinə vurduğu ziyan məni çox təsirləndirdi”.
Bunu “Report”a açıqlamasında ABŞ-nin Florida ştatından işğaldan azad edilən Azərbaycan ərazilərinə gələn beynəlxalq səyahətçilər qrupunun üzvü Ronald Bergverk deyib.
O bildirib ki, Azərbaycanda 3-cü, Qarabağda isə ilk dəfədir olur:
“Bura gələndə nə görəcəyimi təsəvvür etmirdim. Qarabağ maraqlı və fərqlidir. Amma Ermənistanın burada viran qoyduğu yerləri görmək məni çox incitdi. Ən çox təsirləndirən isə Qarabağın təbiətinə vurduqları ziyandır”.
Floridalı səyyah qeyd edib ki, Qarabağ barədə ona səhv məlumatlar verənlər də olub. Ancaq buraya gəldikdən sonra həqiqətləri öz gözləri ilə görüb.
Qeyd edək ki, iyunun 14-də dünyaşöhrətli səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri başlayıb. Nümayəndə heyəti 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcək.
Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil olunur.
www.RIA24.az