“Macarıstanla nəqliyyat, logistika, tikinti, bərpa olunan enerji, sərnişin və yüklərin hava nəqliyyatı ilə daşınması müzakirə predmeti olub”.
Oxu.Az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.
O bildirib ki, geniş təqaüd proqramı çərçivəsində hər il 200 Azərbaycan vətəndaşı Macarıstanın aparıcı universitetlərində təhsil alır:
“İndiyə qədər 1000-dən çox Azərbaycan vətəndaşı Macarıstanda təhsil alıb. İndiyə qədər 44 saziş imzalanıb. Növbəti 3 il üçün hökumətlərarası saziş imzalanıb. O cümlədən 10 yeni sazişin imzalanması gözlənilir”.
Aqşin Kərimov