Azərbaycan “Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin hərəkətini tam dayandırıb – VİDEO

Siyasət


Hazırda “Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb.

Bu barədə “Caliber” “Telegram” kanalında dərc olunan xəbərdə qeyd olunub.

“Baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, eyni zamanda Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər sərhəd-buraxılış məntəqəsinin fəaliyyətində dəyişiklik edilməyəcək”, – məlumatda vurğulanır.

İlk növbədə yaranan əsas suallara cavab tapmağa çalışaq;

1) Ermənistan ordusunun bölmələri hansı məqsədlə sərhədçilərimizi atəşə tutub?

2) Ermənistan Silahlı Qüvvələrində bu tip əmrləri verən müxtəlif ünsürlər kimə və hansı mərkəzlərə xidmət edirlər?

Hər bir halda, baş vermiş təxribatın əmrini verən şəxslərin tapılıb üzə çıxarılması Ermənistan xüsusi xidmət orqanlarının işidir. Heç bir bəhanə Ermənistan dövlətini məsuliyyətdən azad etmir! Eyni zamanda, hamını düşündüyü suallar ətrafında fikirləşək:

Qarabağ ermənilərinin reinteqrasiyası kimə daha az sərf edir? 

Yaxud, “Laçın” sərhəd-buraxılış məntəqəsinin fasiləsiz xidməti kimə daha az faydalıdır?

Düşünürük ki, bu sualların cavabı aydındır. 

Həmçinin Rusiya KİV-lərində Rusiya Xarici İşlər Nazirliyindəki anonim mənbəyə istinadən belə bir xəbər yayılıb ki, guya ABŞ Qarabağ ermənilərindən Bakı ilə üçüncü ölkədə danışıqlar aparmağı tələb edir və guya əks halda Azərbaycan Silahlı Qüvvələri onlara qarşı hansısa xüsusi əməliyyat keçirəcək. 

Biz Azərbaycanın siyasi rəhbərliyinin siyasi iradəsinə, onun prinsipiallığına bələdik. Rəsmi Bakı hər hansı üçüncü ölkədə Qarabağ separatçıları ilə heç bir danışıqlar aparmayacaq, eləcə də öz suveren ərazisində beynəlxalq nəzarət mexanizmləri tətbiq etməyəcək. Mətbuata atılan oxşar tezislər yalnız əlavə gərginlik yaratmağa xidmət edir. Azərbaycanın Xankəndi, Xocalı, Ağdərə daxil olmaqla, bütün Qarabağ ərazisi üzərində suverenliyi heç bir müzakirə mövzusu olmayıb və olmayacaq. 

Qeyd edək ki, bu gün saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.

Öz növbəsində Azərbaycan ordusu baş vermiş təxribata qəti cavabını verib. 

Belə ki, 15 iyun 2023-cü il tarixdə “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir