Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bununla bağlı Türkiyə Prezidenti öz “Facebook” hesabında paylaşım edib.
“Qardaşımız, can dostumuz, qədim yol yoldaşımız olan Azərbaycanı 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salamlarını və sevgilərini çatdırıram”, – R.T.Ərdoğanın paylaşımında qeyd olunub.
www.RIA24.az