Prezident: “Pakistanla ticarətimizin həcmini artırmaq üçün anlaşma memorandumu imzalayacağıq” – VİDEO

Siyasət


“Pakistanla ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərəcək, bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı ölkələrimiz arasında istər ənənəvi enerji, istərsə də bərpa olunan enerji sahəsində də böyük perspektivlərin olduğunu qeyd edib.

www.RIA24.az