Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik etdi – FOTO

Siyasət


Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Oxu.Az-ın məlumatına görə, qurum bu barədə “Twitter” hesabında paylaşım edib.

“Bir millət, iki dövlət! Hər zaman birlikdə olduğumuz, qardaşlıq ruhu ilə tək ürək, tək yumruq olduğumuz Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun. Soylu azərbaycanlı qardaşlarımızı ürəkdən salamlayır, “Yaşasın Azərbaycan” deyirik”, – deyə təbrik mesajında bildirilib.

 

www.RIA24.az