Azərbaycan və Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması məsələləri müzakirə edilib.
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.
“Həmkarım energetika naziri Pərviz Şahbazovla birlikdə Pakistanın ticarət naziri Səid Navid Qəmər və neft üzrə dövlət naziri Musadik Məsud Maliklə keçirdiyimiz görüşdə Azərbaycan- Pakistan iqtisadi münasibətlərinin inkişaf istiqamətləri, ticarət əlaqələrinin gücləndirilməsinə təkan verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı görülən işlər, qarşılıqlı sərmayələrin təşviqi və energetika sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”, – deyə o qeyd edib.
Həmkarım energetika naziri @ParvizShahbazov-la birlikdə Pakistan İslam Respublikasının ticarət naziri Səid Navid Qəmər (@naveedqamarmna) və neft üzrə dövlət naziri Musadik Məsud Maliklə (@DrMusadikMalik) keçirdiyimiz görüşdə 🇦🇿-🇵🇰 #iqtisadi münasibətlərinin inkişaf istiqamətləri,… pic.twitter.com/zkdib1ye4R
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 15, 2023
www.RIA24.az