İranın xarici işlər naziri Azərbaycana gəlib.
Bu barədə nazir Hüseyn Əmir-Abdullahian “Twitter”də paylaşım edib.
“Mən Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Azərbaycana səfər etdim. Üzv ölkələrin müxtəlifliyinə görə, Qoşulmama Hərəkatı yeni qlobal çağırışların həlli üçün çoxtərəfliliyi və ümumi düşüncəni gücləndirmək üçün xüsusi imkanlara malikdir. Həmçinin, bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq”, – deyə nazir qeyd edib.
برای شرکت در اجلاس وزرای امور خارجه جنبش عدمتعهد به🇦🇿سفر کردم.
جنبش عدمتعهد با توجه به تنوع کشورهای عضو، یک ظرفیت ویژه در تقویت چندجانبهگرایی و هماندیشی برای حل چالشهای جدید جهانی است.
همچنین این سفر فرصتی برای پیگیری و توسعه سیاست همسایگی در منطقه خواهد بود.— H.Amirabdollahian امیرعبداللهیان (@Amirabdolahian) July 4, 2023
04.07.2023, 22:15
İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycana səfərə yola düşüb.
APA xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Abdullahian Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
İranlı nazirin səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmilərlə görüşü planlaşdırılır.
www.RIA24.az