Fuad Hüseynəliyev: “Fransanın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri uğursuzluğa məhkumdur”

Siyasət


“Fransanın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri uğursuzluğa məhkumdur”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının “Aktualno seqodnya” (“Bu gün aktualdır”) verilişində deyib.

Onun sözlərinə görə, Azərbaycan Fransanın Cənubi Qafqazdakı qeyri-konstruktiv cəhdləri ilə bağlı birmənalı mövqe nümayiş etdirib: “Yəni nə ona, nə də başqa dövlətə Azərbaycanla Ermənistanın münasibətlərinə, daha doğrusu, bu münasibətlərin normallaşması prosesinə qarışmağa imkan verilməyəcək. Azərbaycan Qarabağda yaşayan erməniəsilli vətəndaşlarla münasibəti məsələsində də eyni mövqedədir”.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələdə qətiyyətli mövqe sərgiləyir: “Əslində Fransanın bütün cəhdləri uğursuzluğa məhkumdur, Azərbaycan buna imkan verməyəcək”.

“Report”un direktoru əlavə edib ki, nəticədə Azərbaycanın ölkəmizdə müəyyən iqtisadi maraqları olan Fransa ilə münasibətləri pisləşir.

Fransanın Ermənistana nüfuz etmək cəhdlərinə gəlincə, F.Hüseynəliyev hesab edir ki, bu məsələdə Fransa Rusiyanın ciddi müqaviməti ilə üzləşəcək: “Heç bir üçüncü dövlət Azərbaycanla Ermənistan arasında münasibətlərə, həmçinin Azərbaycanda yaşayan erməniəsilli vətəndaşlarla bağlı məsələlərə müdaxilə etməyəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurları dəfələrlə bəyan ediblər. Fransanın cəhdləri uğursuzluğa məhkumdur, çünki Azərbaycan buna imkan verməyəcək”, – agentlik rəhbəri əlavə edib.

F.Hüseynəliyevin fikrincə, Fransa hələ də müstəmləkəçilik illərində istismar edilmiş xalqlara qarşı ədalətsiz və sərt mövqeyə görə üzr istəməyə hazır deyil: “Nəticədə ölkənin Avropada və dünyada siyasi imici korlanır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir