Milli Observatoriya ilə TTKF arasında anlaşma memorandumu imzalandı – FOTO

Siyasət


Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Təhsil Tələbə Kredit Fondu (TTKF) arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Təhsil Tələbə Kredit Fondunun İdarə heyətinin sədri Araz Paşayev imzalayıblar.

Oxu.Az xəbər verir ki, E.Səfərli bildirib ki, qarşılıqlı anlaşma nəticəsində Milli Observatoriya tərəfindən təhsil tələbə krediti sisteminin tətbiq edilməsi ilə bağlı ayrılan maliyyə vəsaitlərinin daha səmərəli istifadə edilməsi məqsədilə əmək bazarında strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin, aktual peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələblərin müəyyənləşdirilməsi, təhsil müəssisələrinin təhsil tələbə kreditindən istifadə etmiş məzunlarının əmək bazarına adaptasiya vəziyyətinin qiymətləndirilməsi təhlil ediləcək.

A.Paşayev Milli Observatoriya ilə birgə fəaliyyətin vacibliyindən danışıb. Qeyd edib ki, TTKF ilə Milli Observatoriya arasında əməkdaşlıq əmək bazarında çox tələb olunan ixtisasların müəyyən edilməsi, proqnozlaşdırılan ixtisaslar üzrə təlimlərin təşkili, təhsil tələbə kreditindən yararlanan tələbə valideynləri arasında sorğuların keçirilməsi və verilən təhsil kreditinin faydalılığını müəyyənləşdirməyə yardım edəcək

Memorandum çərçivəsində habelə sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələrin təhsilə əlçatanlığının təmin edilməsi ilə bağlı təhlillərin aparılması, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın proqnozlaşdırılması, bu sahədə ictimaiyyətin mütəmadi məlumatlandırılması və aktual problemlərin şərhinin verilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulur.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir