Beynəlxalq təşkilatlar Ermənistanın riyakar siyasətindən doğan yalanlarına artıq inanmır və qarşı tərəfin təxribatlarına baxmayaraq, Azərbaycanın suveren hüququ beynəlxalq məhkəmə müstəvisində də qəbul olunur.
Fransa və digərlərinin bu istiqamətdəki səyləri isə nəticəsiz qalır. Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın vəsatətinin növbəti dəfə qəbul olunmaması da bunun əyani sübutudur.
Mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Cümşüd Nuriyevin sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycan dövlətinin və onun xarici siyasətinin gücünü göstərdi: “Bu, eyni zamanda Ermənistan üçün çox ciddi hüquqi şapalaq oldu”.
Daha ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az