Peskov: “Rusiya Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndirir”

Siyasət


“Rusiya idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib və Azərbaycan rəhbərliyinin oxşar mövqeyini yüksək qiymətləndirir”.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

“Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndiririk və bu mövqeyi bölüşürük”, – o vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə Qoşulmama Hərəkatı Bakıda keçirilən nazirlər görüşünün yekunlarına əsasən 2024-cü ildə Parisdə təşkil olunacaq Olimpiya Oyunları ilə bağlı xüsusi bəyannamə qəbul edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir