Macarıstan Azərbaycanla qaz tədarükü ilə bağlı bütün lazımi müqavilələri bağlayıb və yaxın vaxtlarda yanacağın saxlanmasına dair müqavilə imzalayacaq.
Bu barədə bazar ertəsi Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.
O, qeyd edib ki, Avropa İttifaqı hələ də Azərbaycandan qazın tədarükü üçün boru kəməri infrastrukturunun genişləndirilməsi məqsədilə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinə dəstək göstərməyib.
“Biz Aİ-ni gözləmirik: Biz bu il Macarıstana qaz tədarük etməyə başlayacaq azərbaycanlı dostlarımızla bütün lazımi sazişləri bağlamışıq. Biz hətta 50 milyon kubmetr qazın saxlanmasına dair müqavilə imzalamağa da yaxınıq”, – Siyarto “Facebook”da yazıb.
O vurğulayıb ki, Azərbaycan diversifikasiya üçün ən bariz mənbələrdən biridir, lakin Cənub-Şərqi Avropanın qaz kəmərləri sistemi hələlik böyük həcmdə tədarüklərə imkan vermir.
www.RIA24.az