“Həm leqal, həm də tərkib olaraq Qarabağ Azərbaycanın ərazisidir. Biz buna görə çox xoşbəxtik”.
Bu sözləri Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Baku TV-yə açıqlamasında deyib.
Azad olunan ərazilərə bir neçə dəfə səfər etdiyini deyən Bilal Haye yerli sakinlərlə də tanış olduğunu bildirib.
“Biz ümid edirik ki, sizin etdikləriniz region üçün də nümunə olar və qonşularınızla aranızda yaratmağa çalışdığınız kommunikasiya xətləri, Zəngəzur dəhlizi məsələsi reallığa çevrilər. Əgər bunlar həyata keçsə, bütün bölgədə rifah olacaq və bu rifahdan Azərbaycanın qonşuları da faydalanacaq”, – deyə pakistanlı səfir bildirib.
Ətraflı videonu təqdim edirik:
www.RIA24.az