İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb.
Bu barədə nazir rəsmi “Twitter” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə təşkilatla ölkəmiz arasında səmərəli əməkdaşlıq, Baş Assambleyanın 78-ci sessiyasında baş tutacaq Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammiti və üçüncü DİM Dialoqunun keçirilməsinə dair fikir mübadiləsi apardıq”.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi (@UNinAzerbaijan) xanım Vladanka Andreyeva (@Vladanka_A ) ilə təşkilatla ölkəmiz arasında səmərəli əməkdaşlıq, Baş Assambleyanın 78-ci sessiyasında baş tutacaq Dayanıqlı İnkişaf Məqsədləri (#DİM) Sammiti (@GlobalGoalsUN) və 3-cü… pic.twitter.com/GMrsHDuSeZ
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 12, 2023
www.RIA24.az