Avropa Parlamentində “Yəhudilərin azərbaycanlılar qarşısında borcu var” adlı konfrans keçirildi

Siyasət


Avropa Parlamentində “Yəhudilərin azərbaycanlılar qarşısında borcu var” adlı beynəlxalq konfrans keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Avropa Parlamentinin 6 üzvü və 5 yüksək səviyyəli spikeri, həmçinin insan haqları təşkilatlarının nümayəndələri, Fransa, Belçika və İsraildən İran üzrə analitik və ekspertlər iştirak ediblər.

Konfransda İranın azlıq qruplarına qarşı davranışına diqqət çəkilib.

Azərbaycandakı yəhudi icması Avropa Parlamentində İranın öz azlıq qruplarına, ilk növbədə, ölkə əhalisinin demək olar ki, üçdə birini təşkil edən Azərbaycan icmasına qarşı davranışından bəhs olunan beynəlxalq konfransda baş tutan dialoqdan dərin məmnunluq ifadə edib.

Konfransa parlamentin beynəlxalq məsələlər üzrə müşaviri, İran üzrə ekspert Manel Msalmi moderatorluq edib. O, konfransda İrandakı azlıq qrupları və azərbaycanlıların, Əhvaz ərəblərinin, kürdlərin, bəluclərin və başqalarının bərabər hüquqlar uğrunda mübarizəsi haqqında məruzə söyləyib.

Bakıdakı gürcü Sefarad icmasının rəhbəri, ravvin Zamir İsayev deyib ki, yəhudilər uzun illər təqib olunublar və biz bunun necə hiss olduğunu yaxşı bilirik. Biz konkret olaraq, davamlı zülmdən əziyyət çəkən Azərbaycan xalqı qarşısında hamıdan çox borcluyuq”.

Ravvin əlavə edib ki, onlar məsələni hər beynəlxalq forumda qaldırmağı planlaşdırırlar, çünki İranın azərbaycanlı azlıqlara zülmü dünya ictimaiyyətinin gündəmində birinci yerdə olmalıdır.

Konfransda əsas məruzəçi Avropa Parlamentinin üzvü Françeska Donato olub. O, Avropa İttifaqının İranda qadınların və azlıqların hüquqlarının təmin edilməsində İranda və Yaxın Şərqdə demokratiya, bərabərlik və etnik azadlığın dəstəklənməsində oynadığı rolu vurğulayıb.

Tədbirdə İranda dini azadlıq, xüsusilə dini azlıqların məruz qaldığı ayrı-seçkilik və təqiblər geniş müzakirə olunub. Həmçinin, girov siyasətindən istifadə edən və terrorçu rejim kimi təsnif edilən İran rejiminin fərqli xüsusiyyəti kimi qadınların və azlıqların zülmünə də diqqət yetirilib.

Avropa İttifaqının azlıq qruplarına önəm verdiyi və beynəlxalq ictimaiyyətin iranlıların, o cümlədən azərbaycanlılar kimi qeyri-fars əhalinin azadlığını və bərabərliyini təmin etmək öhdəliyini dəstəklədiyi vurğulanıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir