Baş nazir Əli Əsədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində şirkətin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinqin aparılmamasını ciddi nöqsan adlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış komissiyanın ikinci iclasında bildirilib.
İclasda, həmçinin nazirliyin öz səlahiyyətlərinə aid olan dövlət nəzarət funksiyalarını layiqincə yerinə yetirmədiyi qeyd edilib.
www.RIA24.az