Erməni aktyor Ovanes Azoyan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Facebook səhifəsindəki paylaşımına şərh yazıb.
Oxu.Az xəbər verir ki, Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa sonuncu səfəri zamanı çəkdirdiyi fotosunu paylaşıb. Erməni aktyor Ovanes Azoyan isə bu paylaşımın altında “İlham Əliyevin simasında sülhü görürəm, dünyada sülh olsun, yenidən müharibə başlamasın” məzmunlu şərh yazıb.
Bu şərhdən qəzəblənən ermənilər Azoyanı sosial şəbəkələrdə sərt tənqid edərək, onu xainlikdə günahlandırıblar.
Bundan başqa, Azoyanın şərhini bir neçə erməni KİV-də pisləyib.
Onu da bildirək ki, 1982-ci il təvəllüdlü O.Azoyan Ermənistanın məşhur aktyorlarından biridir.