Prezident Vüsal Hüseynova ali rütbə verdi – SƏRƏNCAM

Siyasət

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC xəbər yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynova II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilir. 

Bundan başqa, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilir:

– Nağıyev Habil Sadıx oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin rəisi;

– Xudiyev Anar Xudayar oğlu – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəisi.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir