Erməni fəal: “Ermənistanda heç kim müharibə etmək istəmir, revanş istəmir”

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edən tanınmış erməni fəal və bloger İşxan Verdyan erməni cəmiyyətindəki vəziyyətlə bağlı danışıb.

O “Caliber.Az”a müsahibəsində bildirib ki, erməni cəmiyyətində revanş (qisas) ideası populyar deyil:

“Bu, uydurulmuş təbliğat gedişidir, deyirlər ki, ermənilər intiqam almaq istəyir. Bu hekayəni Azərbaycan və Türkiyə ilə düşmənçilik haqqında yayım edənlər şişirdirlər. Bu qüvvələrin işi həm də azərbaycanlıları qəzəbləndirmək və Ermənistanda daxili qarışıqlıq yaratmaqdır. Ermənilər bu günü düşünürlər və sabah nə olacağını anlamaq istəyirlər. Xalqı heç bir hərbi kampaniya maraqlandırmır. Heç kim müharibə etmək istəmir, dinc gələcək haqqında düşünməliyik”.

Erməni fəal deyir ki, “İrəvan klanı” deyilən bir anlayış yoxdur:

“İrəvanda xalq tərəfindən seçilən hökumət var. Seçkilər qanuni və şəffaf keçirilib. Ancaq “Qarabağ klanı” çoxdan mövcuddur. Birinci Qarabağ müharibəsi zamanı qurulub, təmsilçiləri hakimiyyətə gəldilər və son vaxtlara qədər orada qaldılar. İndi “Qarabağ klanı”nın himayədarları hər şeyə rəğmən güc strukturlarında qalıblar, hər vəchlə hökumətin qanuni qərarlarına qarşı çıxırlar”.

Verdyanın sözlərinə görə, onları Robert Koçaryan və Serj Sarqsyan idarə edirlər:

“İntiqamdan danışanlar – “Qarabağ klanı”nın nümayəndələri təxribat xarakterli açıqlamalar verirlər. Müharibə onların biznesidir, düşmənçilik onların biznesidir, Ermənistandakı antitürk əhval da onların biznesidir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir