Azərbaycan Prezidenti: “Torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükə görmürük”

Siyasət


“Torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.

“Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. 

“Biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk”, – deyə Prezident əlavə edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir