Azərbaycan Prezidenti: “Qoşulmama Hərəkatını konkret nəticələrlə zənginləşdirəcəyik”

Siyasət


“Əlbəttə ki, səlahiyyətlərimizi (Qoşulmama Hərəkatına sədrliyi – red.) bir neçə aydan sonra Uqandaya ötürəndən sonra biz müəyyən bir zaman – Uqanda sədrlik etdiyi dövrdə üçlükdə olacağıq və fəal şəkildə cəhdlərin konsolidasiyası istiqamətində çalışacağıq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

Dövlətimizin başçısı qeyd edib: “Qoşulmama Hərəkatını konkret nəticələrlə zənginləşdirəcəyik. COVID-19 dövründə biz liderlik nümayiş etdirdik. Belə ki, dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etdik və Azərbaycan sədr olaraq fəal peyvənd millətçiliyinə qarşı çıxış etdi”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir