“Azərbaycan Prezidenti İlham Əliyevin açıq və səmimi cavabları forumun növbəti iki gününə çox müsbət təkan verəcək”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın TASS informasiya agentliyinin direktor müavini Mixail Qusman deyib.
Onun sözlərinə görə, dövlət başçısı görüşün bütün iştirakçılarını sözün əsl mənasında ruhlandırıb.
“Belə səmimi, dərin, açıq söhbətə görə Azərbaycan Prezidentinə təşəkkür edirəm. O, sualları cavablandıraraq həm daxili, həm də beynəlxalq siyasətə, Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması kimi Azərbaycan üçün aktual olan məsələlərə, ölkənin Qoşulmama Hərəkatında iştirakı və təşkilatın gələcək inkişafı planlarına və bir çox başqa mövzulara toxunub”, – M.Qusman bildirib.
www.RIA24.az