İsraillə Azərbaycan hərbi məqsədlər üçün birgə müəssisə yaratdı

Siyasət

İsrailin “Meteor Aerospace” hərbi şirkəti bəyan edib ki, Bakı Gəmiqayırma Şirkəti ilə birgə müəssisə yaradıb.

Bu barədə İsrailin “İsrael Defense” jurnalı məlumat yayıb. Yeni müəssisə “Caspian Meteor” adlanır.

Məlumata görə, əsas məqsəd Azərbaycanın ehtiyaclarını ödəmək üçün qabaqcıl həllər təklif etməkdir.

Hər iki şirkət Azərbaycanın müdafiə sənayesinin ehtiyacları baxımından hərtərəfli imkanlara və üstün mövqelərə sahibdir.

“Meteor Aerospace” şirkəti maksimal yükgötürmə qabilyyəti 1400 kiloqram olan pilotsuz aparatlar da daxil olmaqla geniş spektrdə müdafiə sistemləri hazırlayır.

Bura sürəti saatda 60 uzla çatan sürətli, pilotlu və pilotsuz gəmilər də daxildir.

Şirkət pilotsuz yerüstü avtomobillər, yüksək dəqiqlikli, böyük radiusa malik, böyük məsafələrdən ağır zərbələr endirə bilən raketlər də istehsal edir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir