“Bir kəmər, bir yol” təşəbbüsü dostluğa əlavə təkan və töhfə verəcək”.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində səsləndirib.
“Qarşılıqlı fəaliyyət yaranacaq, çünki qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir”, – deyə Prezident qeyd edib.
Dövlətimizin başçısı vurğulayıb ki, buna görə, Azərbaycanın mədəni irsi dövlətimiz tərəfindən lazımınca qorunur:
“Biz mədəni irsimizi əsrlər boyu qoruyub saxlamışıq”.
www.RIA24.az