“Ermənistanla münaqişədən sonra münasibətlərin normallaşdırılması Azərbaycan üçün prioritet istiqamətlərdən biridir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqlar zamanı deyib.
“Mayda Moskvada keçirdiyimiz görüş də məhz buna həsr olunmuşdu. Son bir neçə ay ərzində çoxlu təmaslar olub, dinamika kifayət qədər yüksəkdir. Liderlərin Moskvada, Kişineuda, Brüsseldə görüşləri olub. Biz həm də Moskvada, Vaşinqtonda xarici işlər nazirləri və nümayəndə heyətləri formatında görüşlər keçirmişik”, – C.Bayramov bildirib.
Bundan əlavə, Azərbaycanın XİN başçısı onu da qeyd edib ki, bugünkü Moskva görüşü ikitərəfli gündəliyi nəzərdən keçirmək üçün yaxşı imkan yaradacaq.
www.RIA24.az