31 ildən sonra bitən həsrət: 19 laçınlı ailə doğma yurduna qovuşdu – FOTO

Siyasət


İyulun 25-də Laçına qayıdışın səkkizinci köç prosesi gerçəkləşib. Yenidən qurulan Laçın şəhəri bu dəfə 19 ailəyə qucaq açıb və daha 89 nəfər laçınlı yurduna qovuşub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

31 ildən sonra öz doğma yurdu Laçına qədəm qoyan ailələr şəhərdə böyük coşqu ilə qarşılanıblar. Onlar daha əvvəlki köç karvanı ilə Laçına qayıdan həmyerliləri ilə sevinc hisslərini bölüşüb, Laçının gözəl mənzərəsini birlikdə seyr ediblər.

Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Bununla da Laçın şəhərində 152 ailə, yəni, 591 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir