BMT nümayəndələri Bakı Limanına səfər ediblər – FOTO

Siyasət


İyulun 26-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının üzvləri Bakı Limanına səfər ediblər.

Limandan verilən məlumata görə, Komitənin Türkiyə, Qazaxıstan, İran, Özbəkistan, Gürcüstan üzrə nümayəndələri və Azərbaycan Respublikasının Tranzit üzrə Koordinasiya Şurasının bir neçə üzvünün iştirak etdiyi görüşdə qonaqlara Bakı Limanının infrastruktur layihələri, texniki imkanları, əldə edilən nəticələr və yükaşırma qabiliyyəti barədə məlumat verilib.

Eyni zamanda nümayəndə heyətinə regionun ilk Yaşıl Limanı olan Bakı Limanının ətraf mühitin mühafizəsi və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün icra etdiyi və nəzərdə tutulan genişmiqyaslı layihələr barədə məlumat verilib, onların sualları cavablandırılıb.

Həmçinin qonaqlar limanın terminalları və iş prosesi ilə tanış olublar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir