XİN sözçüsü Paşinyana cavab verib: “Bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır” – FOTO

Siyasət


Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa göndərilən yükün guya “həyati əhəmiyyət kəsb edən ərzaq malları” olmasına dair paylaşımına cavab verib.

Bu barədə XİN sözçüsü “Twitter”də yazıb:

“Bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır. Azərbaycanın suveren ərazilərinə “humanitar yardım” adı altında və Azərbaycanın razılığı olmadan avtomobil karvanlarının göndərilməsi onun ərazi bütövlüyünə və suverenliyinə qəsddir”.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir