Türkiyənin Ankara şəhərində Polis Akademiyasında “məzun günü” keçirilib. Tədbirdə məzun olanlar arasında Azərbaycan polisləri də olublar.
Mərasimdə Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Akademiya üzrə göstəricilərinə görə birinci olan azərbaycanlı polis Sərxan Oruclunu R.T.Ərdoğan təltif edib.
Təltifetmə zamanə Ərdoğanla S.Oruclu arasında maraqlı dialoq yaşanıb:
T.Ərdoğan: “Nə vaxt ölkənə qayıdacaqsan?”
S.Oruclu: “Ayın 29-da gedəcəyəm”.
T. Ərdoğan: “Qardaşım İlham Əliyevə (Azərbaycan Respublikasının Prezidenti) salam söylə”.
S.Oruclu: “Oldu”.
T. Ərdoğan: “Söz verirsənmi, salam söyləyəcəksən?”
S.Oruclu: “Söz verirəm, sağ olun”.
www.RIA24.az