Azərbaycan və Türkiyə müdafiə sənayesində əməkdaşlığı artıracaq.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşü zamanı bildirib.
O qeyd edib ki, mövcud əməkdaşlığın artırılması üçün yeni fürsətlər və imkanlar var.
H.Görgünün sözlərinə görə, iki ölkə başçısının tapşırıqlarına əsasən bu istiqamətdə görüləcək işlər qısa bir zamanda həyata keçiriləcək.
www.RIA24.az