“Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “IDEF-23” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində səkkizinci dəfədir iştirak edir və ən fəal iştirakçılardandır”.
Bunu “Report”un Türkiyə bürosuna İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edən azərbaycanlı hərbi ekspert Rahib Əsədov deyib.
Onun sözlərinə görə, sərgidə yerləşdirilən Azərbaycan stendi hər il daha çox ziyarətçinin marağına səbəb olur.
R.Əsədov onu da bildirib ki, gələn il sentyabrın 24-dən 26-dək regionda müdafiə sənayesinə həsr olunan ən böyük tədbir olan V Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (“ADEX”) keçiriləcək.
Hərbi ekspert söyləyib ki, bu barədə “IDEF-23” beynəlxalq tədbirində məlumat lövhəsi də yerləşdirilib. O qeyd edib ki, yüksəksəviyyəli beynəlxalq tədbir hər il Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.
www.RIA24.az