Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə yeni vitse-prezidentlərin təyin edilməsi haqqında Sərəncamlar imzalayıb.
President.az-ın xəbərinə görə, sərəncamlarla Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov, Fuad Bəkir oğlu Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin ediliblər.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.
www.RIA24.az