“25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanması və bunun müqabilində Ermənistanın rəsmi, ictimai, media qurumlarının “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil”.
Bu sözləri özünün “Twitter” səhifəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.
Hikmət Hacıyev əlavə edib ki, hərbi cinayətkar Vaqif Xaçatryan insan qaçaqmalçılığını həyata keçirmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi evakuasiyasından istifadə etməyə çalışıb.
Qeyd edək ki, Vaqif Xaçatryan 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırıma məruz qoyub.
‘Protest’ by official, public/media institutions of 🇦🇲 to detention of warcriminal Vagif Khachatryan, who killed 25 Azerbaijani civilians is nothing but an act of supporting and justifying warcrimes at state level. He tried to use ICRC medical evacuation for human smuggling. pic.twitter.com/t6s7ADnC4v
— Hikmet Hajiyev (@HikmetHajiyev) July 29, 2023
www.RIA24.az