Ermənistan ATƏT büdcəsinin qəbul olunmasına əngəl oldu – TƏCİLİ

Siyasət

Ermənistan ATƏT, habelə ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin qəbulu prosesini bloklayıb.

Bu barədə Caliber.az diplomatik mənbələrə istinadən xəbər verir.

Bu cür fəaliyyətlərlə rəsmi İrəvan bütün təşkilatın nüfuzuna və funksionallığına zərbə vurur. Çünki, məlum olduğu kimi Ukraynadakı Xüsusi Monitorinq Missiyası ATƏT üçün çox vacib bir “uğur hekayəsidir”. Missiyanın büdcəsi 100 milyon avrodur və fəaliyyətində 1000-dən çox işçi iştirak edir. Lakin missiyanın mandatı 31 martda başa çatır və bu vaxta qədər onun uzadılması barədə qərar qəbul edilməzsə, missiyanın fəaliyyəti avtomatik olaraq sona çatacaqdır.

Rəsmi İrəvanın ATƏT-dəki bu cür destruktiv davranışı yalnız onun Kiyevə qarşı düşmən münasibətini nümayiş etdirmir, həm də bütün təşkilatın fəaliyyətinin iflic olmasına gətirib çıxarır. Ermənistanın bu addımının Qərbdə ciddi narazılığa səbəb olması məntiqlidir.

Qeyd edək ki, son dövrdə Ermənistan Xarici İşlər Nazirliyinin fəaliyyəti və Azərbaycana qarşı getdikcə aqressivləşən ifadələri Ermənistanın Baş naziri Nikol Paşinyanın öz xarici siyasət qurumuna nəzarət etmədiyi təəssüratı yaradır. Ermənistanın Xarici İşlər Nazirliyinin müstəqil şəkildə bu cür destruktiv hərəkət etməsi və ya onun xarici nəzarət altında olması sual yaradır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir