Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan MR-dəki idarəsinin rəhbərini müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək.
“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Mərkəzi Bank haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Xatırladaq ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, AMB idarə rəhbərinin Naxçıvan Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verilirdi.
www.RIA24.az