İlham Əliyev Cəmil Əliyevi təltif etdi – SƏRƏNCAM

Siyasət

Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, C.Əliyev Azərbaycan Respublikasında səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.