“Güclü Türkiyə – güclü Azərbaycandır və güclü Azərbaycan – güclü Türkiyədir”.
Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı deyib.
Hakan Fidan sözünün davamında vurğulayıb ki, bu gün Ceyhun Bayramovla görüşdə iki ölkə arasında olan münasibətləri, həmçinin bölgədə cərəyan edən hadisələri müzakirə ediblər.
“İqtisadi münasibətlərimizin gəldiyi nöqtə bizi məmnun edir. Qarşılıqlı yatırımlarımız 30 milyon dolları ötüb. TANAP layihəsinin işə salınması və Xəzərdən daha çox təbii qaz hasilatının Türkiyə və Avropa bazarlarına çıxarılması bizim ortaq strategiyamızın tərkib hissəsidir”, – Hakan Fidan qeyd edib.
Mənbə: Mfa.gov.tr
www.RIA24.az