Azərbaycanda investisiya fondları və onların idarəçiləri reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndərməli olacaqlar.
“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnvestisiya fondları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Sənədə əsasən, “Qiymətli kağızlar bazarı haqqında” qanunda nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.
www.RIA24.az