Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Raşid Aramis Begleryan saxlanılıb.
Bu barədə DSX-dən məlumat verilib.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
www.RIA24.az