Qərbi Azərbaycan Xronikası: Xalisa faciəsinin əsas təşkilatçısı kim idi? – VİDEO

Siyasət


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Xalisada törədilən amansızlıqlar – erməni bloqçunun etirafı” adlı veriliş efirə gedib.

Verilişdə kəskin millətçiliyi, daşnak baxışları ilə seçilən, təpədən-dırnağa erməni şovinizmi ilə yoğrulmuş, Ermənistanda tanınmış bloqçu olan Svetlana Markaryanın erməni vəhşiliyinə tab gətirməyib, azərbaycanlılara qarşı törədilən amansızlıqları etiraf etməsindən bəhs olunur.

Bildirilir ki, 1988-ci il noyabrın 30-da Vedibasarın Xalisa kəndində ermənilərin ağlasığmaz qeyri-insani davranışları, dinc azərbaycanlılara qarşı xüsusi qəddarlıqları Svetlana Markaryanın gözü önündə baş verib və o, bunları “Arxadan zərbə” yazılar silsiləsində detalları ilə təqdim edib.

O, Xalisada ermənilərin vəhşicəsinə etdikləri zorakılıq və talanları olduğu kimi qələmə alaraq, keçmiş baş nazir, yazıçı Vazgen Sarkisyanın və onun dəstəsinin törətdikləri amansızlıqları dəqiqliklə diqqətə çatdırır.

Verilişin müəllifi bu materialın BakuTV-yə araşdırmaçı Binnət Əsgər tərəfindən təqdim olunduğunu söyləyərək, erməni yazıçılarında amansızlıq, uşaq, qadın qətli törətməyin vərdiş olduğunu, 1999-cu ildə parlamentə güllələnən Vazgen Sarkisyanın günahsız, silahsız qadınları, uşaqları yalnız azərbaycanlı olduğu üçün öldürdüyünü deyir:

“Vedibasar mahalının Xalisa kəndində baş verən dəhşətli hadisələr azərbaycanlıların yaşadıqları bütün mahallarda müxtəlif formada təkrarlanmışdı. Ermənilər cəmi bir neçə ay ərzində 300 minə yaxın azərbaycanlını öz yurdundan qovmaqla kifayətlənməyib, onlara qarşı qəddarlıq, nifrət, talan və qəsd edirdilər. Hadisəni öz gözü ilə görən erməni yazar bu vəhşilikləri qələmə almasaydı Xalisada baş verənlər bəlkə də gizli qalardı. Bu etiraf yazısı soydaşlarımıza edilən cinayətlərin ifşası üçün önəmli vəsaitdir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir