İcma: “Bir daha Ermənistan hökumətini insan haqlarına və beynəlxalq hüquqa hörmət etməyə çağırırıq”

Siyasət


“Qərbi Azərbaycan İcması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Euronews” televiziya kanalında avqustun 1-də yayımlanmış müsahibəsində Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üzrə aparılan diplomatik proses çərçivəsində Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququnun təmin olunmasına dəstək ifadə etməsini alqışlayır”.

Bu barədə icmanın açıqlamasında bildirilib.

Qeyd olunub ki, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması insan hüquqlarının aliliyinin bərqərar edilməsi ilə bərabər, Ermənistan və Azərbaycan arasında davamlı sülhün şərtidir.

“Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi prinsipial və ardıcıl siyasətinə və bu məsələni beynəlxalq aləmin gündəliyinə gətirməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərindən təşəkkür edir.

Azərbaycan hökumətinin insan hüquqlarının aliliyinə əsaslanan bu siyasəti bizi qayıdış hüququmuzun təmin edilməsinə xidmət edən haqq işimizi daha əzmlə həyata keçirmək üçün əlavə səylər göstərməyə ruhlandırır.

İcma bir daha Ermənistan hökumətini insan haqlarına və beynəlxalq hüquqa hörmət etməyə, qovulmuş azərbaycanlıların qayıdış hüququnun reallaşmasını təmin etməyə və bu məqsədlə icma ilə dialoqa başlamağa çağırır”, – deyə açıqlamada vurğulanıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir