Kredit ittifaqlarının lisenziya alacaqları qurum dəyişdirildi

Siyasət


Kredit ittifaqları bank əməliyyatı aparmaq üçün qanunvericiliklə müəyyən olunmuş qaydada bundan belə Mərkəzi Bankdan lisenziya almalıdır.

President.az-ın xəbərinə görə, bununla bağlı məqam Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunda əksini tapıb.

Qanunda deyilir:

“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485; 2001, № 12, maddə 736; 2010, № 10, maddə 839; 2016, № 3, maddə 408; 2019, № 1, maddə 32, № 6, maddə 993, № 8, maddə 1366; 2021, № 7, maddə 704, № 12, maddə 1298; 2023, № 3, maddə 334) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddə üzrə:

1.1. 8-ci hissədə “bank əməliyyatı aparmaq” sözləri “bu Qanunun 4-cü maddəsinə uyğun olaraq kreditlərin verilməsi” sözləri ilə və “maliyyə bazarlarına nəzarət orqanından” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankından (bundan sonra ‒ Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin;

1.2. 9-cu və 10-cu hissələrdə “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:

“11. Kredit ittifaqlarının fəaliyyəti üzərində nəzarət tədbirləri, o cümlədən aparılan yoxlamalar Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

2. 9-cu maddənin 1-ci hissəsinin ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin.

3. 15-1.1-ci maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin.

4. 17-ci maddə üzrə:

4.1. 2-ci hissəsinin ikinci cümləsində və 5-ci hissədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

4.2. 3-cü hissədə hər iki halda “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin və həmin hissədə birinci halda “və” sözü “və ya” sözləri ilə əvəz edilsin.

5. 18-ci maddənin 2-ci hissəsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

6. 22-ci maddənin 6-cı hissəsindən “bank fəaliyyəti üçün” sözləri çıxarılsın”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir