“Büdcə sistemi haqqında” Qanuna dəyişiklik edildi

Siyasət


Büdcə layihəsinin müzakirəsi zamanı qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Milli Məclisə bundan belə Mərkəzi Bankın sədri məlumat verəcək.

President.az xəbər verir ki, bununla bağlı məqam Prezident İlham Əliyevin təsdiqlədiyi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunda yer alır.

Sənəddə deyilir:

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584; 2003, № 6, maddə 267; 2004, № 12, maddə 979; 2005, № 5, maddə 393, № 12, maddə 1083; 2006, № 2, maddə 67, № 3, maddə 225, № 12, maddə 1012; 2007, № 12, maddə 1202; 2008, № 12, maddə 1049; 2009, № 6, maddə 395, № 7, maddə 505; 2012, № 6, maddə 528; 2014, № 8, maddə 958; 2016, № 11, maddə 1777; 2017, № 1, maddələr 18, 32; 2018, № 8, maddə 1671, № 12 (I kitab), maddə 2500; 2019, № 8, maddə 1365, № 11, maddə 1688; 2020, № 12 (l kitab), maddə 1449; 2021, № 12, maddə 1330; 2022, № 12, maddələr 1377, 1394) 15.2-ci maddəsinin ikinci abzasından “İdarə Heyətinin” sözləri çıxarılsın.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir