Hindistan Pakistanla danışıqlara hazırdır

Siyasət


Hindistan terror təhlükəsi və düşmənçiliyin olmadığı bir şəraitdə Pakistanla münasibətlərin normallaşdırılmasına dair danışıqlar apara biləcək.

Bunu Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Baqçi deyib.

“Hindistanın bu məsələdə aydın və ardıcıl mövqeyi hamıya məlumdur. Biz bütün qonşularımızla, o cümlədən Pakistanla normal mehriban qonşuluq münasibətləri arzulayırıq. Bunun üçün terror və düşmənçilikdən uzaq bir mühit lazımdır”, – deyə diplomat bildirib.

Baqçinin bəyanatı Pakistanın Baş naziri Şahbaz Şərifin Hindistanla ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlara başlamaq istəyinə cavabdır.

Qeyd edək ki, bu həftənin əvvəlində o: “Pakistan və Hindistanın ciddi problemləri sülh danışıqları yolu ilə həll edilməsə, normal qonşu ola bilməyəcəklər”, – demişdi.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir